SOCAR 2017-ci ili mənfəətlə başa vurub


01:06     20 Yanvar 2018 socar0.jpg

SOCAR 2017-ci il ərzində dövlət büdcəsinə 1 milyard 511 milyon 33 min manat vəsait ödəyib.


SOCAR-dan Femida.az-a verilən məlumata görə, şirkətin büdcə ödənişləri əvvəlki ilə nisbətən 115 milyon 577 min manat, yəni 8,3% artıb. Bundan əlavə, SOCAR 2017-ci ildə Dövlət Sosial Müdafiə Fonduna 155 milyon 984 min manat vəsait ödəyib ki, bu da 2016-cı ilin analoji dövrü ilə müqayisədə 8% artım təşkil edib.

SOCAR-dan qeyd edilir ki, bir neçə il əvvəl müəyyən edilmiş strateji inkişaf strategiyasının əsasında SOCAR neft-kimya və neft-qaz emalı sənayesində fəaliyyətlərini genişləndirərək, öz gəlir mənbələrinin balanslaşdırılması istiqamətində mühüm addımlar atıb. Son illərdə xam neftin qiymətinin kəskin düşməsi fonunda, neft-kimya məhsullarının daha az dəyişkənliyə məruz qalması şirkətin gəlirlərinə müsbət təsir göstərib. Nəticədə SOCAR, dünya enerji sənayesində baş vermiş böhranın təsirlərinə tab gətirərək, 2016 və 2017-ci illəri mənfəətlə başa vurmağa nail olub.

Femida.az

Açar sözlər: SOCAR   Neft   Manat  

Oxunub: 438