Vəkilliyə namizədlərin imtahan vaxtı açıqlanıb
00:12 20 Yanvar 2018
Vəkillər Kollegiyasının Rəyasət Heyəti kollegiyaya qəbul imtahanı ilə bağlı məlumat yayıb.
Kollegiyanın mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, yanvar ayının 28-də vəkilliyə qəbul üzrə yazılı test imtahanı keçiriləcək. İmtahan Bakı Dövlət Universiteti (Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi 23) və Azərbaycan Memarlıq və İnşaat Universitetinin (Ünvan: Bakı şəhəri Yasamal rayonu, A.Sultanova küçəsi 11 ünvanında) binalarında təşkil olunacaq.
Məlumat üçün bildiririk ki, “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi qaydaları”na görə, hər bir imtahan sualına düzgün cavab 1 balla qiymətləndiriləcək (cəmi 100 mümkün bal). Yazılı test imtahanının yekununa görə 60 (altmış) və ya daha çox bal toplamış namizədlər imtahanın ikinici mərhələsinə - şifahi müsahibəyə buraxılacaqlar. Həmçinin səhv cavablar düz cavabların qiymətləndirilməsinə təsir göstərməyəcək. Əvvəlki illərdən fərqli olaraq bu dəfə imtahanda Məntiqə dair suallardan istifadə olunmayacaq.
Qeyd olunmalıdır ki, imtahana buraxılış vərəqələrini növbəti həftənin ilk günlərindən etibarən Dövlət İmtahan Mərkəzinin internet səhifəsinə daxil olmaqla yükləmək mümkün olacaq. İmtahanın vaxtı barədə əlavə məlumat veriləcək.
Femida.az
Oxunub: 1822
Oxşar xəbərlər
- 9-cu sinif şagirdini hansı cəza gözləyir? - Vəkil Sadiq Əfəndiyevdən açıqlama
- Vilyam Hacıyevin vəkili təkrar ekspertizanın keçirilməsini istəyir
- Tanınmış vəkil: "Polis şöbəsində zorakılığa məruz qaldım"
- Azərbaycanda qadın vəkillərin sayı açıqlanıb
- Millət Vəkili sensasion korrupsiya faktını AÇIQLADI- VİDEO
- Vəkil arvadını güllələyən polisin məhkəməsində tərkibin dəyişdirilməsini istəyib
- Vəkillər Kollegiyasının sədri vəkilliklə bağlı qanuna dəyişikliyin olunmasını təklif edir
- Azərbaycanda vəkil və müstəntiqlər üçün yeni müayinə məntəqəsi yaradılıb
- Şair Əli Vəkil vəfat edib
- Vəkillər "İdeal”ın həbsdə olan keçmiş rəhbərinə bəraət istəyiblər