Bakıda zəncirvari yol qəzası baş verib - Xəsarət alanlar var


02:00     20 Yanvar 2018 qeza_yeni.jpg

Bakının Suraxanı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.


Femida.az xəbər verir ki, qəza Hövsan qəsəbəsində baş verib.

İlkin məlumata görə, iki yük və bir minik maşını toqquşub. Xəsarət alan şəxslər aşağı ətraflarının sınığı xəsarətləri ilə 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər.

Suraxanı Polisi hadisəylə əlaqədar araşdırma aparır.

Femida.az

Açar sözlər: Suraxanı   Qəza   Yaralı  

Oxunub: 356