46 yaşlı qadını maşın vurdu


02:13     20 Yanvar 2018 piyada1.jpg

Paytaxtın Sabunçu rayonunda piyadanı avtomobil vurub.

Femida.az-ın məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

"VAZ 2107" markalı avtomobil 46 yaşlı Əzizova Fədayə Məhəbbət qızını vurub. Sürücü xəsarət alan qadını 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər: Piyada   Qəza  

Oxunub: 339