Məkkədə ölənlərin sayı 107-ə çatdı - YENİLƏNİB + VİDEO


14:13     12 Sentyabr 2015 b2cb820f0191.jpg


Məkkədə qaldırıcı kranın aşması nəticəsində ölənlərin sayı 52 nəfərə çatıb.

APA-nın məlumatına görə, bu barədə “Əl-Ərəbiya” telekanalı xəbər verib.

Məlumata əsasən, daha 30 nəfər müxtəlif bədən xəsarətləri alıb. Səudiyyə Ərəbistanı Mülki Müdafiə nazirliyi ölənlərlə bağlı faktı təsdiqləyib.

Hadisə "Məscidül-Həram" məscidinin genişləndirilməsi işləri zamanı baş verib.

Qeyd edək ki, hadisənin güclü yağış yağması nəticəsində baş verdiyi bildirilir.




Qaldırıcı kranın aşdığı an

Açar sözlər:

Oxunub: 1302