Milli Aviasiya Akademiyasının şəhid məzunu - FOTOLAR


03:45     20 Yanvar 2018 18_01_19_1516391243.jpg

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu şəhid olub.


Müdafiə Nazirliyinin rəsmi məlumatına əsasən, Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin kobud surətdə pozulması nəticəsində düşmənlə atışmada şəhid olan hərbi qulluqçu əsgər Mənəfov İbrahim Möhsüm oğludur.

Məlumata görə, İ. Mənəfov 1995-ci ildə Neftçala rayonunun Bankə qəsəbəsində dünyaya gəlib, ali təhsilli olub.

Milli Aviasiya Akademiyasının məzunu olan İ. Mənəfov 2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılıb.

Şəhidin cənazəsi sabah doğulduğu Bankə qəsəbəsində torpağa tapşırılacaq.








Femida.az

Açar sözlər: Şəhid   Ordu   Neftçala   Manafov   İbrahim   Möhsüm   Femida.az  

Oxunub: 4637