Musa Musayev saxlanıldı - Ofisində və evində axtarış aparıldı


04:07     20 Yanvar 2018 18_01_19_1516393055.jpg

Mahaçqala meri Musa Musayev saxlanılıb.


Femida.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki,o, vəzifəsindən sui-istifadədə ittiham olunur.
Saytın yazdığına görə, merin yaşadığı evdə və iş kabinetində axtarış aparılıb.İlkin məlumata görə, Musa Musayev şirkətlərin birinə 1,1 milyon rubl dəyərində torpaq sahəsi satıb.

“Halbuki, həmin torpaq sahəsinin bazar qiyməti 81 milyon rubldan çoxdur”, deyə sayt yazır.

İlkin məlumata görə,O, Rusiya Cinayət-Prosessual Məcəlləsinin 91-ci maddəsi ilə saxlanılıb.


Mircəlal Məcidli
Femida.az

Açar sözlər: Mer   Həbs   Dağıstan   Femida.az   Musa   Musayev    

Oxunub: 4693