Belçikada 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
12:52 20 Yanvar 2018
19 yanvar 2018-ci il tarixində 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar, Belçikanın Vaterlo şəhərində yerləşən “Wellington” muzeyinin sərgi salonunda Azərbaycan Respublikasının Belçikadakı səfirliyi, NATO yanında Nümayəndəliyinin əməkdaşları və Belçikada yaşayan Azərbaycan diasporunun nümayəndələrinin iştirakı ilə Qanlı Yanvar faciəsinə həsr olunmuş sərgi və anım mərasimi keçirilib.
Səfirlikdən Femida.az-a verilən məlumata görə, səfir Fuad İsgəndərov və Azərbaycanın NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsini icra edən Qaya Məmmədov çıxış edərək, 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Sovet Ordusunun Bakıda törətdiyi qanlı hadisələr, bu hadisənin Azərbaycan tarixində yeri və nəticələri barədə geniş məlumat veriblər.
Natiqlər sovet ordusunun törətdiyi qanlı hadisələrdən dərhal sonra Ulu Öndər Heydər Əliyevin Moskvada bu amansız cinayətə öz etirazını bildirməsini xatırlatmış və bütün bu proseslərin Azərbaycanın öz müstəqilliyinə doğru atdığı addımları sürətləndirdiyini, ölkəmizdə müstəqillik hərəkatının daha geniş vüsət almasına şərait yaratdığını qeyd etmiş, doğma vətənin hazırki inkişaf mərhələsində o günlərin tarixi təcrübəsinin nəzərə alınmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Sonda mərasim iştirakçıları tərəfindən Azərbaycanın görkəmli şairi Xurşidbanu Natavanın Vaterlo şəhərində yerləşən abidəsi ziyarət edilərək onun önünə əklil qoyulub.
Femida.az
Oxunub: 695
Oxşar xəbərlər
- Belçika iyulun 1-dən Rusiyaya vizaların verilməsini dayandıracaq
- XİN başçısı Belçika səfirinin etimadnaməsini qəbul edib
- Azərbaycanın Belçikadakı səfiri dəyişib
- Azərbaycan XİN Almaniya və Belçikaya başsağlığı verib
- Belçikada itkin düşən azərbaycanlının meyiti tapıldı - Su kanalında
- Belçikada itkin düşən azərbaycanlı müəllimin meyiti tapılıb
- Azərbaycanlılar Belçika bələdiyyəsinin Qarabağla bağlı qərarını dəyişdirdi
- Türkiyə XİN Belçikaya cavab verdi
- XİN Belçika parlamentinin qətnaməsinə münasibət bildirib
- Azərbaycanlı icmasından Belçika parlamentinə çağırış