Bakının mərkəzində bina yanır - 10 yanğınsöndürən maşın cəlb olundu (YENİLƏNİB)


14:12     20 Yanvar 2018 fhn-yangin-sonduren.jpg

Bakıda yaşayış binasında yanğın davam edir.


Femida.az xəbər verir ki, yanğının söndürülməsi üçün hadisə yerində 10 yanğınsöndürən maşın işləyir.

Hadisə yerinə təcili tibbi yardım maşını da cəlb olunub.

Külək yanğının qarşısının alınmasına çətinliklər yaradır.

Sakinlər binadan təxliyə olunub.

***


Bakıda yaşayış binasında yanğın başlayıb.

Femida.az xəbər verir ki, hadisə "Azneft" meydanı yaxınlığında beşmərtəbəli yaşayış binasının dam örtüyündə qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Alovun qarşısının alınması üçün tədbirlər görülür.




Femida.az

Açar sözlər: Yanğın   FHN  

Oxunub: 6402