İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib
14:05 20 Yanvar 2018
Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət edib.
Femida.az-ın xəbərinə görə, dövlət başçısı 20 Yanvar faciəsinin qurbanlarının məzarları üzərinə qərənfillər düzüb.
Prezident “Əbədi məşəl” kompleksi önünə əklil qoyub, vətən yolunda qurban getmiş şəhidlərin xatirəsinə ehtiramını bildirib.
Müdafiə Nazirliyinin əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səslənib.
Azərbaycanın dövlət və hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun təmsilçiləri də Şəhidlər Xiyabanını ziyarət ediblər.
Qeyd edək ki, 1990-cı il yanvarın 20-də baş verən hadisələrin 28-ci ildönümü ilə əlaqədar səhər saatlarından 20 Yanvar şəhidlərinin məzarlarını ziyarət başlayıb.
Femida.az
Oxunub: 2338
Oxşar xəbərlər
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- ŞƏHİDLƏRİMİZ VAR
- Prezident: "Bu gün atamın, həyatdan getmiş yüz minlərlə insanın, şəhidlərimizin ruhu şaddır"
- Şəhidlərin xatirəsinin əbədiləşdirilməsi üzrə komissiyanın tərkibində dəyişiklik edilib
- Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət edib
- 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə birdəfəlik maddi yardım ödənilib
- AzTV şəhidlərə görə efir proqramını dəyişdi
- "Qaraheybət" şəhidləri II Şəhidlər xiyabanında dəfn olunub
- Şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimləri- FOTOLAR+VİDEO
- Gəncədə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib