Ucarda dəhşətli gecə: Ata öldürüldü, oğlu ağır yaralandı


14:25     20 Yanvar 2018 qetl6.jpg

Ucarda dəhşətli qətl hadisəsi baş verib.


Femida.az -ın xəbərinə görə, hadisə ötən gecə 23:30 radələrində rayon ərazisində baş verib.

Şəhərin Heydər Əliyev prospekti, ev 92 ünvanında yaşayan 1959-cı il təvəllüdlü Tehran Salman oğlu Zahidov və oğlu 1982-ci il təvəllüdlü Samir Tehran oğlu Zahidov bıçaq xəsarətləri ilə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

T. Zahidovun ürək nahiyəsindən aldığı xəsarət ağır olduğundan o, xəstəxanada ölüb. Oğlu S. Zahidov isə Göyçay Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Hadisənin baş vermə səbəbi hələlik məlum deyil. Hazırda hüquq-mühafizə orqanları hadisə yerində araşdırma aparır.

Ucar rayon Prokurorluğundan verilən məlumata görə, cinayətin törədilməsində şübhəli bilinən İsayev Nurlan Sahib oğlu saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 126.1 (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Femida.az -ın əldə etdiyi məlumata görə, öldürülən şəxs "Sosialist Əməyi Qəhrəmanı", tanınmış pambıqçı olmuş Vəsilə Zahidovanın qardaşı oğludur.


Mircəlal Məcidov
Femida.az

Açar sözlər: Ucar   Qətl   Femida.az    

Oxunub: 2948