Kələmin içərisində gizlin şəkildə pul aparmaq istədi - VİDEO


14:44     20 Yanvar 2018 2018/01/49faa17f-b71a-447c-82f5-87c3a95f3663_292_1516430797.jpg

Azərbaycandan keçməklə İrandan Rusiyaya külli miqdarda valyuta aparan şəxs saxlanılıb.



Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az a verilən məlumata görə, İrandan gələrək Azərbaycandan tranzit keçməklə Rusiyaya "Gül kələmi" yükü aparan Rusiya vətəndaşı Karanayev Nurmaqomed Maqomedtaqiroviçin idarə etdiyi "Volvo FN 12" markalı "E-900-XX-05/AH-264639" dövlət nömrə nişanlı yük-nəqliyyat vasitəsinə Xaçmaz Gömrük İdarəsinin Samur gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobilin kabinindəki qəhvəyi rəngli çantanın içərisindən gömrük nəzarətinə bəyan edilməyən 4200 ədəd 5000-lik, 8953 ədəd 1000-lik və 54 ədəd 500-lük əskinaslardan ibarət ümumilikdə 29 milyon 980 min Rus rublu (528 min 191 dollar) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.



Femida.az

Açar sözlər: Gömrük   Pul   Femida.az    

Oxunub: 1575