Qida Təhlükəsizliyi Agentliyi nə vaxt işə başlayacaq? - Açıqlama


15:05     20 Yanvar 2018 axmedov%20eli%20azvision.jpg

"Qida Təhlükəsizliyi Agentliyi artıq formalaşır və lazım olan texniki təşkilatı işlər görülməkdədir".


Femida.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini Əli Əhmədov deyib.

Onun sözlərinə görə, vaxtilə bir neçə dövlət qurumları və nazirliklərdə icra olunan funksiyalar Qida Təhlükəsizliyi Agentliyinə verilir:

"Güman edirəm ki, bir neçə ay ərzində təşkilatı işlər tamamlanacaq və agentlik fəaliyyətini həyata keçirməyə başlayacaq".

Femida.az

Açar sözlər: Qida   Təhlükəsizliyi   Agentliyi  

Oxunub: 831