Əhalinin gəlirləri artıb


17:05     20 Yanvar 2018 valyuta_manat_0257.jpg

Ötən il Azərbaycan əhalisinin gəlirləri əvvəlki ilə nisbətən nominal ifadədə 8,3 faiz artaraq 49162,9 milyon manata çatıb.


Dövlət Statistika Komitəsindən Femida.az-a verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlər 5050,5 manat və ya ayda orta hesabla 420,9 manat təşkil edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 44983,3 milyon manatlıq vəsait qalıb.

Femida.az

Açar sözlər: Manat   Gəlir   Əhali  

Oxunub: 1272