Polis əməliyyat keçirdi - Tutulanlar var
17:56 20 Yanvar 2018
Bakı şəhərində avtomobil oğurlayan şəxslər saxlanılıb.
DİN-in mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini Nadirxan Hüseynov Şüvəlan qəsəbəsi ərazisindən “VAZ-2106” markalı avtomobilinin qaçırıldığını bildirib. Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə avtomobil qısa zamanda Qala qəsəbəsi ərazisində tapılıb. Davam etdirilən tədbirlərlə maşını qaçıran şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Azər Salayev olması müəyyən edilib.
Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsinə isə Yeni Günəşli və Zığ qəsəbələrindən 2 avtomobilin qaçırılması barədə məlumatlar daxil olub. Araşdırmalarla Yeni Günəşli ərazisindən Bakı şəhər sakini Toğrul Əhmədovun “VAZ-2104”, Zığ qəsəbəsindən isə Mürsəl Quliyevin “VAZ-21074” markalı avtomobillərin oğurlandığı müəyyən edilib. Təxirəsalınmaz tədbirlərlə “VAZ-2104” markalı avtomobil qısa zamanda Naximov küçəsində tapılıb. Əməliyyat-axtarış tədbirləri ilə maşınları qaçırmaqda şübhəli bilinən şəxs də polis əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini Amin Ramazanov olması müəyyən edilib.
Saxlanılan şəxslər istintaqa təhvil veriliblər.
Femida.az
Oxunub: 899
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Zəngilanın işğaldan azad olunmasının ildönümüdür
- Krım körpüsünü partladan yük maşını Ermənistana necə daxil olub?
- XİN Azərbaycanın hərbi cinayətlərdə ittiham olunmasına münasibət bildirib
- Şəmkirdə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alanlar var
- Nigeriyada 162 nəfər Lassa qızdırmasından ölüb
- Sabunçuda yolların yenidən qurulmasına 7,5 milyon manat ayrılıb
- Salyanda iki yük maşını toqquşub, xəsarət alanlar var
- Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
- ABŞ-da yük maşınında 46 nəfərin meyiti aşkarlanıb