Qardaşlar arasında dava - Hər ikisi xəstəxanaya düşdü


18:15     20 Yanvar 2018 dava.jpg

Şamaxı rayonunda bir-biriləri ilə dalaşan qardaşların hər ikisi xəsarət alaraq xəstəxanaya yerləşdirilib.


Femida.az -ın "Report"a istinadən verdiyi məlumata görə, rayonun Mərzəndiyyə kəndində yaşayan rayon sakinləri - 1974-cü il təvəllüdlü Şəfiyev Mayıl Durdu oğlu və onun qardaşı, 1977-ci il təvəllüdlü Müşfiq dalaşıb. Qardaşların biri ayağından küt alətlə, digəri isə başından xəsarət alıb.

Onların hər ikisi Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə yerləşdirilib.

Femida.az

Açar sözlər: Qətl   Dava    

Oxunub: 872