İrəvanda etiraz dalğası: Saxlanılanlar var


14:30     12 Sentyabr 2015 d38509ded765dc27d81928e444219dd8.jpg

Səhər saatlarında Ermənistan polisi İrəvanın mərkəzindəki aksiyanı dağıdıb.


Femida.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, polis Baqramyan prospektini aksiya iştirakçılarından təmizləyib.

Qarşıdurma nəticəsində saxlanılanların olduğu bildirilir. Polis məntəqələrinə aparılanların dəqiq sayı barədə məlumat verilmir.

Xatırladaq ki, ötən axşam İrəvanın mərkəzində “Talana yox!” vətəndaş təşəbbüsü elektrik enerjisinin bahalaşmasına etiraz olaraq yürüş keçirib, sonra isə Ermənistan prezidentinin qərargahı yaxınlığındakı prospekti bağlamışdı.

Açar sözlər:

Oxunub: 600