DSX-da 20 Yanvar faciəsi anılıb
18:52 20 Yanvar 2018
Dövlət Sərhəd Xidmətində (DSX) 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlərdə həyatlarını Vətənimizin azadlığı, müstəqilliyi yolunda qurban vermiş, xalqımızın qürur mənbəyinə çevrilmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad edilib.
DSX-nin mətbuat mərkəzindən Femida.az-a bildiriblər ki, Xidmətin Aparatında, Sahil Mühafizəsində, DSX Akademiyasında və Azərbaycan İstiqlal Muzeyində keçirilən tədbirlərdə çıxış edənlər xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi tarixə daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə ətraflı məlumat veriblər. Natiqlər SSRİ rəhbərliyinin göstərişi ilə törədilmiş dəhşətli cinayətin Azərbaycan xalqının müstəqillik uğrunda mübarizə əzmini qıra bilmədiyini, əksinə milli azadlıq mübarizəsini daha da gücləndirdiyini qeyd ediblər.
Qanlı faciədən dərhal sonra ulu öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək bəyanat verməsi, təcavüzə kəskin etiraz bildirməsi, qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında ittiham etməsi xüsusi vurğulanıb.
Qanlı Yanvar hadisələrinə dövlət səviyyəsində əsl siyasi-hüquqi qiymətin yalnız ümummilli lider Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışından sonra verilməsi qeyd edilib. Diqqətə çatdırılıb ki, Ulu Öndər 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutaraq onların adlarının əbədiləşdirilməsi ilə bağlı bir sıra fərman və sərəncamlar imzalayıb.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin azadlığı, suverenliyi uğrunda həlak olanların xatirəsinə böyük ehtiram göstərməsi, şəhidlərin ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi və onlara dövlət qayğısının daha da artırılması məqsədilə mühüm qərarların qəbul olunması barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib. Tədbirlərdə 20 Yanvar faciəsinə həsr olunmuş sənədli filmlər nümayiş etdirilib.
Femida.az
Oxunub: 886
Oxşar xəbərlər
- ƏDV-nin qaytarılması ilə bağlı YENİLİK OLACAQ - Gələn il yanvarın 1-dən... VİDEO
- Bu ilin yanvar ayında 5475 nikah və 1248 boşanma halı qeydə alınıb
- Yanvarda Azərbaycanda narkotiklərə görə saxlanılan xarici vətəndaşların sayı açıqlanıb
- Yanvar ayında vaksinasiya üçün onlayn növbə götürənlərin sayı açıqlanıb
- “20 Yanvar” dairəsində “KamAZ” aşıb
- Karantin müddətinin azaldılması yanvarın 24-dən əvvəl yoluxanlara da aiddir - RƏSMİ
- Şəmkirdə yanvar ayı ərzində 25 ədəd odlu silah aşkarlanaraq götürülüb
- Prezident İlham Əliyev 20 Yanvar faciəsinin ildönümü ilə bağlı paylaşım edib
- 20 Yanvar şəhidlərinin ailələrinə və əlillərinə birdəfəlik maddi yardım ödənilib
- Yanvarın 20-də Bakı metrosunun iş rejimində dəyişikliklər ediləcək