Neftçalalı şəhidimizin dəfnindən ürək dağlayan FOTOLARI


19:39     20 Yanvar 2018 18_01_20_1516448199.jpg


Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə şəhid olan əsgəri dəfn edilib.

Femida.az-ın APA-ya istinadən məlumatına görə, Mənəfov İbrahim Möhsüm oğlu bu gün Neftçalanın Bankə qəsəbəsində dəfn olunub.

Dəfn mərasimində rayon ictimaiyyətinin nümayəndələri və İ. Mənəfovun xidmət keçdiyi hərbi hissənin zabit və əsgər heyəti iştirak edib. Dəfn mərasimi fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib. Azərbaycan bayrağı hərbi hissənin komandiri tərəfindən şəhidin atasına təqdim edilib.

Qeyd edək ki, İ. Mənəfov ötən gün Ermənistan silahlı bölmələrinin atəşkəs rejimini pozması nəticəsində şəhid olub.







Femida.az

Açar sözlər: şəhid   əsgər   Neftçala   dəfn   MÜdafiə   Nazirliyi   femida.az  

Oxunub: 2177