" Qarabağ "ın Türkiyədə ikinci sınağı


19:36     20 Yanvar 2018 qarabag15iyul.jpg

Qış hazırlıqlarını Antalyada davam etdirən "Qarabağ" bu gün növbəti sınaq matçını keçirəcək.



Femida.az xəbər verir ki, ağdamlılar Polşanın "Lexiya" klubu ilə görüşəcəklər.

Qdansk təmsilçisi ilə oyun Qurban Qurbanovun komandası üçün ikinci hazırlıq matçı olacaq. İlk oyunda Rusiya təmsilçisi "Kuban"la qarşılaşan Azərbaycan çempionu görüşdən 2:2 hesablı bərabərliklə ayrılmışdı.

Qeyd edək ki, oyun saat 18:30-da start götürəcək.

Yoxlama oyunu
18:30. "Qarabağ" (Ağdam, Azərbaycan) - "Lexiya" (Qdansk, Polşa)

Femida.az

Açar sözlər: Qarabağ   Ağdam   Sınaq   Matç  

Oxunub: 782