Erməni gənclər ölkə iqtisadiyyatının sürətini "VAZ 21011"-ə bənzətdi - FOTO


22:15     20 Yanvar 2018 18_01_20_1516457814.jpg


Ermənistanda bahalıq əleyhinə aksiya böyüməkdə davam edir. “Çıxış” blokunun başlatdığı aksiya tezliklə böyük kütləni əhatə edib.

Femida.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, İrəvanın şimal ərazisini bütünlüklə bürüyən aksiya iştirakçıları "Endirim" şüarları səsləndirirlər.

Millət vəkili Nikol Paşinyan əhalini dayanmamağa səsləyib:

"Növbəti etiraz aksiyası fevralın 5-ə nəzərdə tutulub. İqtidar yanacaq və vergi artımını ləğv etməyincə sakitləşən deyilik".

Qeyd edək ki, bir qrup gənc etirazlara "VAZ 21011" maşınını itələyərək qoşulub. Onlar Ermənistan iqtisadiyyatını sürətini bu maşınla simvollaşdırıb.

Bir müddət öncə Paşinyan ölkənin iqtisadiyyatını "Zaparoji"yə bənzətmişdi.







Amin Nəzərli

Femida.az

Açar sözlər: Ermənistan   Paşinyan   etiraz   İrəvan   femida.az  

Oxunub: 891