Azərbaycanda xalq artisti vəfat etdi


22:42     20 Yanvar 2018 18_01_20_1516459419.jpg


Xalq artisti Gülcahan Güləhmədova-Martınova dünyasını dəyişib.


Femida.az xəbər verir ki, bu barədə onun yaxınları "Ölkə.Az"-a məlumat verib. Xalq artisti xəstəlik nəticəsində, 92 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Gülcahan Güləhmədova-Martınova 30 il ərzində Səməd Vurğun adına Rus Dram teatrında quruluşçu rejissor olub. Azərbaycan Respublikasının xalq artisti, Dövlət mükafatı laureatıdır.

Onun tərəfindən 70-dən çox əsər tamaşaya qoyulub. Onlar Şekspir, Şiller, Rostan, Fr. Saqan, İ. Əfəndiyev, M. İbrahimov, Verdi, Çaykovski, Bize, Motsart, Çimaroza, Hacıbəyov, Əmirov, Rimski-Korsakov və digər məşhurların əsərləridir.

Femida.az

Açar sözlər: xalq   artisti   Gülcahan   Güləhmədova-Martınova   femida.az  

Oxunub: 2753