Silahlılar otelə basqın etdi - Ölənlər var


02:21     21 Yanvar 2018 ogurluq%20basqin0.jpg


Bir qrup silahlı Əfqanıstanın paytaxtı Kabildəki “Intercontinental Hotel”-ə hücum edib.


Femida.az bu barədə "Report"a istinadən xəbər verir.

Məlumata görə, hücum zamanı bir neçə nəfər öldürülüb.

Əraziyə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları terrorçulara qarşı silahlı əməliyyat keçirib. Atışmanın baş verdiyi ərazi əhatəyə alınıb.

"Intercontinental Hotel" Kabildə əcnəbilər arasında ən məşhur mehmanxanalardan biridir. Burada Qərb dövlətlərinin rəsmi nümayəndələri mətbuat konfransları keçirir.

Mehmanxana 2011-ci ildə də hücuma məruz qalmış, 10 əfqanıstanlı öldürülmüşdü.

Femida.az

Açar sözlər: Əfqanıstan   otel   femida.az  

Oxunub: 1509