Afrin əməliyyatı bitdi - 108 məntəqə bombardman olundu


02:30     21 Yanvar 2018 QIRICI.PNG


Suriyanın Afrin bölgəsində terrorçu PKK-nın bu ölkədəki qanadı YPG-nin mövgelərinə zərbə endirən Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) 70-dən çox təyyarəsi uğurla yerinə yetirdiyi tapşırıqdan sonra hərbi bazaya qayıdıb.

Femida.az-ın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgahı məlumat yayıb.

Bakı vaxtı ilə saat 18:00-da başlayan “Zeytun budağı” adlı hərbi əməliyyatda iştirak edən 72 təyyarə terrorçuların 108 mövqeyini məhv edib.

Femida.az

Açar sözlər: Türkiyə   Suriya   Afrin   femida.az  

Oxunub: 4082