Azərbaycanda avtomobillər daha da bahalaşacaq


02:50     21 Yanvar 2018 18_01_20_1516474642.jpg

"Ola bilər ki, bəzi dövlət qurumlarına, taksi şirkətlərinə həmin maşınların alınması ilə bağlı tapşırıq verilə. Amma ümumilikdə hər kəsə məcbur satmaq mümkün deyil. Ona görə də zavodda yerli alıcını qane edəcək, görünüşü zövqlü olan avtomobillər istehsal olunmalıdır ki, hər kəs yerli maşınlardan alsın".

Femida.az xəbər verir ki, bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında ekspert Ramil Osmanlı deyib. O, fevralın sonunda qiymətlərin daha da artacağını deyib:

"Aksiz vergilərinin artırılmasından sonra 10 min civarında olan avtomobillərin qiymətində 1500-2000 manat artım var. Düşünürəm ki, hələ maşın bazarında durğunluq dövrüdür. Fevral ayının sonlarından maşın bazarında qiymətlərin daha da artması gözlənilir".

Femida.az

Açar sözlər: avtomobil   bazar   vergi   femida.az  

Oxunub: 2621