"Alanda başqasından hamilə olduğunu bilmirdim" - Kişidən arvadına ŞOK İTTİHAM


03:38     21 Yanvar 2018 18_01_20_1516476908.jpg

34 ildən sonra Elnurə adlı iki qız anası olan qadın atası Bəhmanı axtarmaq üçün Xoşqədəmin "Səni axtarıram" verilişinə çıxıb.


Femida.az xəbər verir ki, atasının onu atıb getdiyini düşünən Elnurə həqiqəti öyrənincə həyatının şokunu yaşayıb.

Studiyaya dəvət edilən Elnurənin anası Bəhmanın canlı yayıma qoşulacağını bilən kimi studiyanı dərhal tərk edib. Qızı və aparıcı Xoşqədəm ona nə qədər mane olmağa çalışsalar da, fikrindən daşındırmağı bacarmayıblar.

Sonra ilk olaraq Xoşqədəm həqiqəti açıqlamaq məcburiyyətində qalıb. Aparıcı sözünə nöqtə qoyub, Bəhmən kişinin xətdə olduğunu bildirib.

Elnurənin atası hesab etdiyi şəxsin dedikləri isə həm studiyadakıları, həm də ekran önündə oturan tamaşaçıları dəhşətə gətirib:

"O mənim qızım deyil. Alanda arvadımın hamilə olduğunu bilmirdim. Qızdan soruşun atası kimdir. 18 il verdiyim aliment halal xoşu olsun".

Həmin kadrları təqdim edirik:



Femida.az

Açar sözlər: hamilə   femida.az  

Oxunub: 4065