Lələtəpənin alınmasında iştirak edən polkovnik dünyasını dəyişdi - FOTO


03:58     21 Yanvar 2018 2018/01/26904692_1603235589757878_574703758714005865_n_1516478312.jpg

Azərbaycan Silah Qüvvələrinin polkovniki dünyasını dəyişib.


Femida.az xəbər verir ki,polkovnik Rəhim Əliyev günorta saatlarında dünyasını dəyişib.

Xatırladaq ki, polkovnik Rəhim Əliyev uzun müddətdir Azərbaycan ordusunda xidmət edir.Son olaraq aprel döyüşləri zamanı Lələtəpənin işğaldan azad olunması əməliyyatında iştirak edib.Polkovniklə vida mərasimi sabah Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində olacaq.

Qeyd edək ki, polkovnik Əliyev Rəhim Əhməd oğlu aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa görə Prezident İlham Əliyevin 19 aprel 2016-cı il sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib.



Mircəlal Məcidli
Femida.az


Açar sözlər: Polkovnik   Vəfat   Ordu   Azərbaycan  

Oxunub: 18897