ABŞ-da azadlıq heykəli bağlandı


13:20     21 Yanvar 2018 18_01_21_1516512330.jpg

Nyu-Yorkun əsas simvollarından olan Azadlıq heykəli federal hökümətin maliyələşdirilməsinin müvəqqəti olaraq dayandırılması ilə əlaqədar turistlər üçün bağlanıb.



Femida.az-ın məlumatına görə, Nyu-York ştatının qubernatoru Endryu Kuomo abidənin tezliklə açılmasına çalışacağını bildirib.

Qeyd edək ki, ABŞ-ın bir çox digər turistik mərkəzləri, o cümlədən milli parklar, federal hökümətin maliyələşdirilməsinin müvəqqəti olaraq dayandırılması səbəbindən bağlanıb və yaxud məhdudlaşdırılmış rejimdə fəaliyyət göstərir.

Femida.az

Açar sözlər: Nyu-York   ABŞ  

Oxunub: 1206