Türkiyəyə raket zərbəsi endirildi


13:33     21 Yanvar 2018 raket2.jpg

Suriya ilə sərhəddə yerləşən Türkiyənin Kilis vilayəti Suriya ərazisindən raket atəşinə məruz qalıb.

Femida.az-ın Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, raketlər Suriyanın Afrin bölgəsindən atılıb.

Raket zərbələri nəticəsində bir neçə binaya ziyan dəyib.

Mərmilərin düşdüyü ərazilərə tibbi yardım briqadaları, yanğınsöndürənlər və təhlükəsizlik qüvvələrinin əməkdaşları cılb edilib.


Xatırladaq ki, Türkiyə ordusu Suriyanın şimalındaki Afrin bölgəsində "Zeytun budağı" əməliyyatına başlayıb.

Əməliyyata Türkiyə Hərbi Hava Qüvvələrinin F-16 təyyarələri cəlb edilib.
Femida.az

Açar sözlər: Türkiyə   Suriya   Afrin  

Oxunub: 4703