Tütün və içki istehsalında artım olub


14:35     21 Yanvar 2018 18_01_21_1516516640.jpg


Ötən il 2016-cı illə müqayisədə tütün məmulatlarının istehsalında 7,9 faiz, qida məhsullarının istehsalında 1,0 faiz, içki istehsalında isə 17,2 faiz artım müşahidə olunub.



Dövlət Statistika Komitəsinin məlumatına görə, bu sahələrin əsas məhsullarından pendir və kəsmik istehsalı 9,2 faiz, kolbasa məmulatlarının istehsalı 30,4 faiz, duru bitki yağlarının istehsalı 2,4 faiz, marqarin istehsalı 8,6 faiz, cem və marmeladların istehsalı 0,8 faiz, pivə istehsalı 39,7 faiz, alkoqolsuz içkilərin istehsalı 1,0 faiz artıb, qənd və şəkər tozu istehsalı isə 45,5 faiz azalıb.

Femida.az

Açar sözlər: tütün   Azərbaycan   istehsal   femida.az  

Oxunub: 826