Kabildə otelə hücum - 5 nəfər öldürüldü


16:10     21 Yanvar 2018 kabil1.jpg

Kabildə silahlıların "Intercontinental" otelinə hücumu nəticəsində 5 nəfər həlak olub, 6 nəfər isə yaralanıb.


Femida.az-ın məlumatına görə, bu barədə "TOLO News" telekanalına Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, hazırda hücmun qarşısı tam alınıb. Üç silahlı xüsusi əməliyyat zamanı zərərsizləşdirilib, 126 nəfər xilas edilib, onlardan 41 nəfəri əcnəbidir. Ölən və yaralananlar Əfqanıstan vətəndaşıdır.


Femida.az

Açar sözlər: Kabil   Əfqanıstan   Hücum  

Oxunub: 497