Hindistan səfirindən Qarabağ açıqlaması: "Ən doğru yol budur"


17:47     21 Yanvar 2018 18_01_21_1516524034.jpg


Hindistan ATƏT-in Minsk qrupunun vasitəçilik etdiyi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları dəstəkləyir.


Femida.az xəbər verir ki, bunu Trend-ə Hindistanın ölkəmizdəki səfiri Sancay Rana bildirib.

S.Rananın sözlərinə görə, sülh danışıqları belə münaqişələrin həlli üçün ən doğru yoldur: "Biz tərəflər arasında ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqları dəstəkləyirik. Hindistan hər zaman ərazi bütövlüyü və suverenlik prinsiplərini dəstəkləyib".

Diplomat ölkəsinin Dağlıq Qarabağ münaqişəsinin həll olunacağına və regionda sülhün hökm sürəcəyinə ümid etdiyini vurğulayıb.

Femida.az

Açar sözlər: Qarabağ   Hindistan   femida.az  

Oxunub: 2183