Qüdsdə saxlanılan türkiyəli iş adamlarından XƏBƏR VAR


18:21     21 Yanvar 2018 2018/01/israil_1516529869.jpg

Qüdsdəki Əqsa məscidində Türkiyə bayrağı açıb şəkil çəkdirdikləri səbəbilə dünən nəzarətə alınan 6 türkiyəli iş adamı gecə saatlarında sərbəst buraxılıb.

Qrupdakı iş adamlarının sabah İsraildə məhkəmə qarşısına çıxaracaqları qeyd edilib. Kayseridən 18 yanvarda Qüdsə gedən MÜSİAD Kayseri Şöbəsi qrup rəhbərləri Süleyman Şeypur rəhbərliyi altındakı 6 türkiyəli iş adamı və qrupda olanlar "MÜSİAD Kayseri" yazılı bir plakat və Türkiyə bayrağıyla Əqsa məscidi qarşısında cümə namazını qıldıqdan sonra şəkil çəkdirib.

İsrail polisi Kayseri qrupundan MÜSİAD şöbə sədri Nedim Olqunharputlu, Kayseri Ticarət Palatası sədrinin müavini Cəlal Hasnalçacı, Kayseri İmam Xətiblər Dərnəyi (KİMDER) rəhbəri Əhməd Yurdlu ilə iş adamları Fatih Çelik, Şaban Andaç və Necati Ayrancı əl-Xəlilin girişi yaxınlığındakı Davit polis mərkəzinə apararaq, nəzarətə alınıb.

Hadisənin Kayseridə məlum olmasından sonra TOBB və MÜSİAD Ümumi Mərkəzləri vasitəsilə prezident Rəcəb Tayyib Ərdoğan, Baş nazir Binəli Yıldırım, xarici işlər naziri Mövlud Çavuşoğlu ilə kayserili ətraf mühit və şəhərsalma naziri Mehmet Özhaseki məsələdən xəbərdar edilib. Aparılan diplomatik cəhdlərdən sonran 6 kayserili iş adamı gecə yarısı şərti buraxılıb.

6 kayserili iş adamı sabah İsraildə məhkəmə qarşısına çıxarılacaq.

MÜSİAD Kayseri Şöbəsi tərəfindən verilən açıqlamada bu məsələdə səyləri səbəbindən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan başda olmaqla, bütün əlaqədar şəxslərə təşəkkür edilib.

Femida.az

Açar sözlər: Qüds   İsrail  

Oxunub: 439