Mahaçqala meri həbs edildi

Mahaçqala meri həbs edildi


19:20     21 Yanvar 2018 2018/01/mahacqala-meri_1516534083.jpg

Mahaçqala meri Musa Musayev həbs edilib.


Femida.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, bu gün Mahaçqalanın Sovetsk rayon Məhkəməsi ittihamın elan olunmasına qədər M. Musayevin 10 sutka həbs edilməsi barədə qərar verib.

M.Musayevə qarşı ittiham irəli sürülərsə, həbs müddəti 2 aya qədər artırılacaq.

Qeyd edək ki, bundan əvvəl Rusiya İstintaq Komitəsi M. Musayevin səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində dövlətə 800 milyon manat ziyan vurulması barədə şübhə olduğunu açıqlayıb.

Femida.az

Açar sözlər: Musayev   Həbs   Rusiya   İstintaq   Komitəsi  

Oxunub: 373