DİN bölgədə səyyar xidmət keçirdi


16:57     04 Aprel 2015 azerbaijan_mvd_1803143.jpg


Daxili İşlər Nazirliyinin (DİN) Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin təşəbbüsü, Goranboy və Qazax Rayon Polis şöbələrinin müvafiq bölmələrinin əməkdaşlarının iştirakı ilə həmin rayonların sakinlərinə şəxsiyyət vəsiqələrinin verilməsi üzrə növbəti səyyar xidmət keçirilib.


DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Goranboy rayonunun Dəliməmmədli şəhərində keçirilmiş səyyar xidmət nəticəsində ümumilikdə 500 nəfərin, Qazax rayonunun Daş Salahlı kəndində təşkil edilən tədbirdə isə 175 sakinin müvafiq sənədləri qəbul edilib.

Vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunması prosesi respublikanın digər şəhər və rayonlarında da davam etdirilir.

Femida.az 

Açar sözlər:

Oxunub: 656