Hacı Məmmədovdan xəbər var


20:53     07 May 2015 haci%20memmedov%20321dfs.jpg

Hüquq müdafiəçisi Elçin Behbudov Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan Daxili İşlər Nazirliyinin (DİN) sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədova baş çəkəcək.


Femida.az xəbər verir ki, bu barədə AzVision.az-a İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudovun özü məlumat verib.

Hüquq müdafiəçisi yaxın günlərdə müavini Elçin Şirinov ilə birlikdə MTN-in müvəqqəti saxlanma yerində və istintaq təcridxanasında monitorinq keçirəcəklərini bildirib: “Monitorinq zamanı orada saxlanılan şəxslərə də baş çəkəcəyəm, onların saxlanma şəraitləri ilə tanış olacağam. Hacı Məmmədovla da görüşməyə çalışacağam”.

Xatırladaq ki, keçmiş polis polkovniki Hacı Məmmədov adam oğurluqları və qətllərdə təqsirləndirilib. O, 2005-ci ilin martında Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi “Qara kəmər” əməliyyatı zamanı həbs olunub və ömürlük həbs cəzasına məhkum edilib.

Açar sözlər:

Oxunub: 689