Elçin Əfəndiyevin qızına yüksək vəzifə verildi


15:34     12 Sentyabr 2015 14419997606544647141_1000x669.jpg

Sentyabrın 11-də Astanada Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) V Sammitində Günay Əfəndiyeva Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti təyin edilib. Bu barədə sənədi Sammitdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri imzalayıblar.


Femida.az AzərTac-a istinadla xəbər verir ki, sentyabrın 10-da isə Günay Əfəndiyevanın təyinatı məsələsi TDƏŞ-ə üzv dövlətlərin xarici işlər nazirlərinin görüşündə müzakirə olunub. Günay Əfəndiyeva görüşdə çıxış edərək deyib ki, Türk Mədəniyyəti və İrsi Fondunun yaradılması türk dünyası üçün böyük bir töhfə olacaq. Bu Fondun məqsədi türkdilli ölkələrin mədəniyyətini, irsini araşdırmaq, qorumaq, təbliğ və təşviq etmək, gələcək nəsillərə ötürməkdən ibarətdir.

G.Əfəndiyeva çıxışında əsrlərə dayanan zəngin tariximizin, dinimizin, dilimizin, adət-ənənələrimizin və mənəvi dəyərlərimizin olduğunu bildirib. O deyib ki, türkdilli ölkələrin xalqları eyni kökdən su içən ağacın budaqlarıdır.

Fondun gələcək fəaliyyətindən danışan G.Əfəndiyeva deyib: “Fond öz fəaliyyətini digər türkdilli və beynəlxalq təşkilatların təcrübəsindən istifadə etməklə, onlarla əməkdaşlıq yolu ilə həyata keçirəcəkdir. Qədim mədəniyyətimizin ömrü, bizim ona verdiyimiz dəyər qədərdir. Türk xalqlarının sahib olduğu mədəni irsi yenidən ona qazandırmaq bizim ən böyük hədəfimizdir”.

Qeyd edək ki, Günay Əfəndiyeva Azərbaycan baş nazirinin müavini, xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır.

Açar sözlər:

Oxunub: 1054