Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı


21:50     21 Yanvar 2018 bmt.jpg

Fransa Suriyada vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edib.


Femida.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Fransa xarici işlər naziri Jan-İv Le Drian bildirib.

Fransa XİN rəhbəri "Twitter" sosial şəbəkəsində yazıb ki, Fransa Quta, İdlib və Afrində vəziyyətlə bağlı BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını xahiş edir.

Qeyd edək ki, Fransa BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvündən biridir.

Femida.az

Açar sözlər: FransaQuta   İdlib   Afrin   BMT  

Oxunub: 1192


Oxşar xəbərlər