Cəlilabadda qadını ilan sancdı


22:24     21 Yanvar 2018 2018/01/Снимок_1516544664.jpg

Cəlilabad rayonunun Hacıcavad kəndində ilansancma hadisəsi baş verib.


Femida.az report-a istinadən xəbər verir ki, kənd sakini Sevda İsrafilova təsərrüfatındakı ot bağlamalarını tövlədən bayıra çıxarmaq istərkən bağlamanın arasında olan ilan onun sol əl nahiyəsindən sancıb.

Zərərçəkmişin sözlərinə görə, o, əvvəlcə bunun arı olduğunu düşünüb. Lakin sonradan ot bağlamasının arasında ilanı görüb. Qadın yaxınları tərəfindən kənd məntəqəsinə, ordan isə Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəyə ilan zəhərinə qarşı zərdab vurulub.

Hazırda xəstənin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

Femida.az

Açar sözlər: Cəlilabad   İlan   Xəstəxana  

Oxunub: 1298