Suriyadan Türkiyəyə raket atıldı - Ölən və yaralananlar var (TƏCİLİ)


22:30     21 Yanvar 2018 2018/01/1805520_620x410_1516543876_1516545083.jpg

Suriyanın Afrin bölgəsindən Türkiyə ərazisinə raket zərbələri endirilib.


Femida.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, atılan 3 raket Reyhanlı qəsəbəsinə düşüb.

Hadisə nəticəsində bir nəfər ölüb, 32 nəfər yaralanıb. Ölən şəxsin suriyalı mühacir olduğu bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağırdır.

Femida.az

Açar sözlər: Türkiyə   Afrin   Suriya  

Oxunub: 1718