Əfqanıstanda növbəti partlayış: azı 12 ölü


22:41     21 Yanvar 2018 efqanistan-abs-ordusu.jpg

Əfqanıstanın Herat əyalətində partlayış baş verib.


Femida.az-ın məlumatına görə, partlayış nəticəsində azı 12 nəfər həlak olub, bir nəfər isə yaralanıb.

Partlayıcı qurğu yol kənarına yerləşdirilib və mikroavtobusun yaxınlığında partlayıb. Partlayışa görə məsuliyyəti regionda fəaliyyət göstərən heç bir qruplaşma hələ üzərinə götürməyib.

Femida.az

Açar sözlər: Əfqanıstan   Herat   Partlayış  

Oxunub: 462