Prezidentin yüksək vəzifə verdiyi Mətin Eynullayev kimdir?
23:26 21 Yanvar 2018
Xəbər verdiyimiz kimi, təhsil nazirinin müavini Mətin Eynullayev vəzifəsindən azad edilib. Prezident İlham Əliyev müvafiq sərəncamı ilə vəzifədən azad edilən Mətin Eynullayev Vergilər Nazirliyində yüksək vəzifəyə təyin edilib. O, artıq vəzifəsinin icrasına başlayıb və yanvarın 19-da Vergilər Nazirliyində 20 yanvar faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak edib.
Femida.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Eynullayev Mətin Balasən oğlu 1992-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub, 1997-ci ildə həmin Universiteti hüquqşünaslıq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib.
“Azleks” beynəlxalq hüquq firmasında müşavir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas, İqtisadi İnkişaf Nazirliyinin Korporativ idarəetmə sektorunun baş məsləhətçisi, Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifələrində çalışıb.
2013-2016-cı illərdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini və Aparat rəhbəri vəzifələrində işləyib.
Prezident ilham Əliyevin 2015-ci il 22 iyun tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Dövlət qulluğunun kiçik müşaviridir.
Azərbaycan prezidentinin 2017-ci il 11 yanvar tarixli sərəncamı ilə Azərbaycan Respublikası təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.
Femida.az
Oxunub: 7264
Oxşar xəbərlər
- Daşkəsən istiqamətində mövqelərimiz yenidən atəşə tutulub
- Azərbaycan MN: "Dövlət sərhədi istiqamətində mövqelərimiz atəşə tutulub"
- Kəlbəcər istiqamətində mövqelərimiz artilleriya atəşinə tutulur
- Kəlbəcər və Laçın istiqamətində mövqelərimiz atəşə tutulub
- MN: "Azərbaycan Ordusunun Qırmızı Bazar istiqamətində atəş açması barədə məlumat yalandır"
- Döyüş komandiri: Son 1 ayda Lisiçansk istiqamətində Rusiyanın 60 tankı məhv edilib
- Kəlbəcər istiqamətində mövqelərimiz intensiv atəşə tutulub
- Ukrayna Baş Qərargahı: "Dementivka istiqamətində hücum cəhdinin qarşısı alınıb"
- MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"
- MN: "Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub"