Yas yerindən qayıdanlar qəzaya düşdü - Ölən var

19:49     21 Yanvar 2018 qeza3.jpg

Bu gün Saatlı rayon mərkəzində "VAZ 2106" markalı minik avtomobili BMV markalı avtomobillə toqquşub.

Femida.az -ın APA-ya istinadən məlumatına görə, qəza nəticəsində "VAZ 2106" markalı minik avtomobilində olan 63 yaşlı Məmmədov Əziz Sarxan oğlu ölüb.

Avtomobildə olan sərnişinlər - 1971-ci il təvəllüdlü Əsədova Fatma Osman qızı, 1964-cü il təvəllüdlü Əsədova Atlas Osman qızı, 1965-ci il təvəllüdlü Əsədov Nadir Osman oğlu və Adgözəlova Rəbiyyə Məmmədalı qızı xəsarət alıb və Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Vəziyyəti ağır olan F. Əsədova xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib, N. Əsədov əməliyyat olunub.

Qeyd edək ki, "VAZ 2106" markalı minik avtomobilinin sürücüsü və sərnişinlər Cəbrayıl rayon sakinləridir. Onlar Sabirabad rayonuna yas mərasiminə gəliblər və geri qayıdarkən qəzaya düşüblər.

Femida.az

Açar sözlər: Qəza    

Oxunub: 736