Bıçağı polisin qarnına soxdu - Saatlıda hadisə

Bıçağı polisin qarnına soxdu - Saatlıda hadisə


00:55     22 Yanvar 2018 bicaq.jpg

Bu gün Saatlı rayon Polis Şöbəsinin əməkdaşı bıçaqlanıb.


Femida.az -ın APA-ya istinadən məlumatına görə, polis çavuşu 1983-cü il təvəllüdlü Eynullayev Əvəz Ağamirzə oğlu bıçaqlanıb.

Ə. Eynullayev ön qarın divarının daxilə nüfuz edən bıçaq yarası ilə Şirvan şəhər Mərkəzi Xəstəxanasına gətirilib, əməliyyata götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. Polis çavuşunu bıçaqlayan Saatlı rayon sakininin saxlanılması istiqamətində əməliyyat həyata keçirilir.

Femida.az

Açar sözlər: Polis   Bıçaqlanma   Femida.az    

Oxunub: 3828