Axtarışda olan qadın istirahət mərkəzində yaxalandı - VİDEO


02:00     22 Yanvar 2018 18_01_21_1516557808.jpg

Axtarışda olan şəxslər narkotik maddə ilə saxlanılıb.



Femida.az -ın Xezerxeber.az-ın məlumatına görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Masallı şəhərində yerləşən istirahət mərkəzinin kotecində istirahət edən, rayonun Hişkədərə kənd sakini, Rusiya polisi tərəfindən axtarışda olan Namiq İmamverdi oğlu Feyzullayev və Bakı şəhər sakini, Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə Nizami Rayon Polis İdarəsində axtarışda olan Elza Teymur qızı Yarıyeva saxlanılıb.


Həmçinin, həmin kotecdə Elza Yarıyevaya məxsus əl çantasından da narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.


Faktla bağlı Masallı Rayon Polis Şöbəsində cinayət işi başlanıb.



Açar sözlər: Polis    

Oxunub: 2231