Lənkəranı qorxu içində saxlayan şəxs belə tutuldu - Video


13:35     22 Yanvar 2018 2018/01/lenkeran_1516599141.gif

Xəbər verdiyimiz kimi, Lənkəran rayonunun Liman şəhəri ərazisində evlərə girərək sakinləri döyməkdə şübhəli bilinən şəxs tutulub. Tutulan şəxs Liman şəhəri M.Ə. Rəsulzadə küçəsində qeydiyyatda olan 1991-ci il təvəllüdlü Fərrux Sabir oğlu Zeynalovdur.


Femida.az -ın verdiyi məlumata görə, Lənkəran rayon sakinlərini təşvişə salan manyak rayonun Şağlaser kəndində saxlanılıb. Onu tutan şəxslər isə kənd sakinləri olub. Bildirilib ki, Fərrux Zeynalov Xərxatan kəndindəki bir neçə evə daxil olaraq sakinlərə hücum edərək, evə zərər verib. Tutulan manyak Şağlaser kəndində saxlanılsa da özü bu rayona qonaq gəldiyini deyir.

Qeyd edək ki, Liman şəhər sakini olan iki nəfər yanvarın 13-də, daha iki nəfər isə yanvar 14-də evlərində döyülüb. Onlar müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Döyülənlərdən 1972-ci il təvəllüdlü Samirə Miriyeva xəstəxanada dünyasını dəyişib.

Unikal.org-a istinadən həmin görüntüləri təqdim edirik:





Açar sözlər: Lənkəran   Manyak   Video   Femida.az    

Oxunub: 3568