Hərbiçilərimiz beynəlxalq tədbirlərə qatılacaqlar


15:42     12 Sentyabr 2015 wryery.jpg

Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.


Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən xəbərə görə, sentyabrın 14-dən noyabrın 26-dək Buxarest şəhərində (Rumıniya) intensiv ingilis dili kursu, 16-dan 25-dək Qori şəhərində (Gürcüstan) Gender təlimi üçün təlimatçı kursu, 17-dən noyabrın 27-dək Liptovskiy Mikulaş şəhərində (Slovakiya) 15-ci Beynəlxalq Qərargah zabitləri kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nümayəndələri iştirak edəcəklər.

Açar sözlər:

Oxunub: 1168