"X-Clup"da kütləvi dava - 3 nəfər bıçaqlandı


13:34     22 Yanvar 2018 gece%20klubu.jpg


Gəncə şəhərində yerləşən gecə klubunda kütləvi dava düşüb.



Femida.az report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. "X-Clup" adlanan məkanda baş verən kütləvi davada 3 nəfər, Şəmkir rayon sakinləri - 1996-cı il təvəllüdlü Rzazade Orxan Vahid oğlu, 1993-cü il təvəllüdlü Rüstəmov Orxan Namiq oğlu və 1994-cu il təvəllüdlü Məmmmədov Orxan Elman oğlu bıçaqlanıb. Onlardan M.Orxanın vəziyyəti kafi, digərləri isə ağırdır. Məlumata görə, əlbəyaxa dava zamanı daha bir neçə nəfər də xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər: Klub   Bıçaqlanma  

Oxunub: 820