Əməliyyat keçirildi, 27 nəfər tutuldu

Əməliyyat keçirildi, 27 nəfər tutuldu


13:53     22 Yanvar 2018 polis00.jpg

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 179 cinayət faktı qeydə alınıb, onların da 38-i “isti izlər”lə açılıb.


Daxili İşlər Nazirliyindən Femida.az -a verilən məlumata görə, axtarışda olduğuna görə 27 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 18 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

Açar sözlər: Polis   Əməliyyat   Həbs    

Oxunub: 841