Saatlıda polisi bıçaqlayıb qaçan şəxs kimdir? - Tapıldı


14:20     22 Yanvar 2018 bicaq5.jpg


Saatlı rayonunda polis əməkdaşını bıçaqlayan şəxsin kimliyi məlum olub.

Femida.az-ın Reporta istinadən məlumatına görə, hadisəni törədən şəxs Saatlı rayon sakini, 1969-cu il təvəllüdlü Şöhrət Ağazədə oğlu Əliyevdir. O, polis əməkdaşı, 1983-cü il təvəllüdlü Əvəz Eynullayevi bıçaqladıqdan sonra hadisə yerindən qaçıb.

Hazırda Ş.Əliyevin axtarışları davam etdirilir.

Faktla bağlı Saatlı rayon Prokurorluğunda 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Femida.az

Açar sözlər: Saatlı   polis   femida.az  

Oxunub: 1246